Redmi brendi bu ilin sonuna qədər K80 Ultra adlı yeni flaqman smartfon təqdim edəcəyini rəsmi şəkildə təsdiqləyib. Brendin rəhbəri Tomas Van bildirib ki, bu model öz qiymət kateqoriyasında “ən dəbdəbəli və güclü cihaz” olacaq. O, həmçinin cihazın təxmini qiymətinə də işarə edib.
Van-ın sözlərinə görə, Redmi K80 Ultra-nın qiyməti təxminən 3000 yuan (təqribən 415 ABŞ dolları) olacaq. Böyük ehtimalla, bu rəqəm cihazın ən sadə yaddaş konfiqurasiyasına aiddir. Texniki xüsusiyyətlər hələ rəsmi olaraq açıqlanmayıb, lakin müxtəlif məlumat sızmaları artıq var.
Gözlənilən əsas xüsusiyyətlər:
-
6,8 düymlük düz LTPS OLED ekran (1.5K təsvir ölçüsü, çox nazik çərçivələr),
-
Qiymət sinfində nadir olan ultrasəs barmaq izi skaneri,
-
Güclü MediaTek Dimensity 9400+ prosessoru,
-
7500 mAh tutumlu batareya və 120 vattlıq sürətli şarj dəstəyi,
-
Metal korpus, IP68 standartlı su və toza qarşı qoruma,
-
Üçlü 50 meqapiksellik kamera, stereodinamiklər, güclü vibrasiya mühərriki.
Bildirilir ki, K80 Ultra yalnız Çin bazarı üçün nəzərdə tutulacaq. Qlobal bazarda isə bu model Xiaomi 15T Pro adı ilə satışa çıxarıla bilər, lakin texniki baxımdan müəyyən fərqlərlə.