spot_img
3 мая, 2025
spot_img
ДомойSoftwareИгрыMicrosoft Xbox Series X və S modellərinin qiymətini qaldırdı

Microsoft Xbox Series X və S modellərinin qiymətini qaldırdı

Microsoft şirkəti Xbox oyun konsollarının qiymətini artırdığını elan edib. Bu dəyişiklik həm Xbox Series S, həm də Xbox Series X modellərinə aiddir. Qiymət artımı ABŞ dolları ilə göstərilsə də, bu yeniliklərin dünya üzrə satış qiymətlərinə təsir edəcəyi gözlənilir.

Yeni qiymətlər aşağıdakı kimidir:

  • Xbox Series X (Digital versiya): 450 dollardan → 550 dollara,

  • Xbox Series X (Diskli versiya): 500 dollardan → 600 dollara,

  • Xbox Series S (500 GB): 300 dollardan → 380 dollara,

  • Xbox Series S (1 TB): 350 dollardan → 430 dollara.

Bundan əlavə, Microsoft daxili studiyaları tərəfindən hazırlanmış bəzi oyunların qiymətini də artırıb. Halo, Gears of War, Forza Motorsport kimi məşhur oyunlar bundan sonra 80 dollar qiymətə təklif olunacaq. Qeyd edək ki, bu oyunların bir çoxu Xbox Game Pass abunəliyinə daxildir.

Oyun sənayesində yeni AAA səviyyəli oyunların qiymətinin artması ümumi tendensiyaya çevrilməkdədir. Nintendo artıq Switch 2 konsolunun çıxışı ilə oyunların qiymətini 80–90 dollar səviyyəsinə qaldırmağı planlaşdırır. Oxşar dəyişikliklər GTA VI oyununun buraxılışı ilə də müşahidə oluna bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,938ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -