spot_img
23 мая, 2025
spot_img
ДомойТехнологииАвтомобилиFerrari kimi, amma Xiaomi: Yeni YU7 elektrik krossoveri nümayiş etdirilib

Ferrari kimi, amma Xiaomi: Yeni YU7 elektrik krossoveri nümayiş etdirilib

Xiaomi 15 illik yubileyinə həsr olunmuş böyük təqdimat mərasimində ilk elektrik krossoveri olan YU7 modelini ictimaiyyətə təqdim etdi. Xarici görünüşü ilə Ferrari Purosangue modelini xatırladan bu avtomobil həm dizaynı, həm də texniki göstəriciləri ilə diqqət çəkir.

YU7-nin ən güclü versiyası 253 km/saat maksimal sürətə malikdir, 101.7 kVt·saat tutumlu batareyası isə bir şarjla 760 km yol qət etməyə imkan verir.

Üç fərqli versiyada satışa çıxacaq:

  • Base versiyası – Arxa ötürücülüdür, 320 at gücündə bir mühərriklə təchiz olunub. 0-dan 100 km/saat-a sürətlənməsi 5.9 saniyə təşkil edir. Maksimal sürəti — 240 km/saat. 96.3 kVt·saat LFP batareyası ilə 835 km məsafə qət edə bilir.

  • Pro versiyası – Tam ötürücülüdür, ümumilikdə 496 at gücündə iki mühərrikə sahibdir. 0-dan 100 km/saat-a 4.3 saniyəyə çatır. Maksimal sürət — 240 km/saat. Eyni 96.3 kVt·saat LFP batareyası ilə 770 km məsafə təmin edir.

  • Max versiyası – Ən güclü versiyadır. Tam ötürücü, iki mühərrik və ümumilikdə 691 at gücü ilə 0-dan 100 km/saat-a cəmi 3.2 saniyəyə çatır. Maksimal sürət — 253 km/saat. Burada istifadə olunan 101.7 kVt·saat NCM batareya ilə 760 km məsafə gedə bilir.

Yeni 800-voltluq arxitektura sayəsində avtomobili cəmi 12 dəqiqəyə 620 km məsafəyə qədər şarj ilə doldurmaq mümkündür. Mühərriklər United Automotive Electronics tərəfindən hazırlanıb.

Ölçüləri belədir:

  • Uzunluq: 4999 mm

  • En: 1996 mm

  • Hündürlük: 1608 mm

  • Çəki: 2140 – 2460 kq (versiyadan asılı olaraq)

  • Təkər bazası: 3000 mm

Salon və texnologiya:

Salonda kiçik panel əvəzinə 1.1 metrlik Mini LED HyperVision displey quraşdırılıb – burada avtomobillə bağlı bütün əsas məlumatlar əks olunur. Ortada böyük sensor ekran yerləşir, media və süni intellekt funksiyaları üçün Snapdragon 8 Gen 3 və NVIDIA Drive AGX Thor prosessorları istifadə olunub – ümumi hesablama gücü 700 TOPS təşkil edir.

İç dizaynda Nappa dərisi, geniş və rahat oturacaqlar, 10 zonalı masaj, ön oturacaqlarda “sıfır cazibə” funksiyası və arxa oturacaqlar üçün 135 dərəcəyə qədər tənzimləmə var. İkinci sıra sərnişinlər üçün ayrıca 6.68 düymlük sensor ekran da mövcuddur – musiqi, iqlim və naviqasiya bu ekran vasitəsilə idarə olunur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,934ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -