spot_img
24 мая, 2025
spot_img
ДомойТелекомСобытияDaha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu

Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal imza daha 5 qurum tərəfindən elektron xidmətlərə inteqrasiya edilib.

SİMA ilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “Caspian Drilling Company”, “ESAM İnnovations”, “ASEL Kredit” BOKT, Manato.az kredit platforması, “Foriella Mebel” MMC və şirkəti olub.

Dənizdə qazma əməliyyatları üzrə peşəkar şirkət olan “Caspian Drilling Company”, eləcə də Proqram təminatının inkişafı və İT Həlləri xidmətlərinin göstərilməsində ixtisaslaşmış “ESAM İnnovations” şirkətləri öz daxili platformasına giriş prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.

Azərbaycanın bir çox bölgəsində ofisləri olan “ASEL Kredit” təşkilatı və Manato.az onlayn kredit platformasında mikrokreditlərin verilməsi zamanı müqavilələrin “SİMA İmza” vasitəsilə onlayn formada imzalanmasını təmin edib. Bundan başqa, “Foriella Mebel” şirkəti də müştərilərə kreditlə satış prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.

Bununla da SİMA yeni nəsil rəqəmsal imza ilə tərəfdaş olan qurumların sayı 75-ə çatıb.

Qeyd edək ki, SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,947ФанатыМне нравится
1,028ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -