spot_img
30 мая, 2025
spot_img
ДомойТехнологииПланшетыApple iPad-ləri özünütəmir proqramına daxil etdi

Apple iPad-ləri özünütəmir proqramına daxil etdi

Apple üç il əvvəl istifadəyə verdiyi Self Service Repair (Özünütəmir Xidməti) proqramına ilk dəfə olaraq iPad modellərini də əlavə edib. Proqrama aşağıdakı planşetlər daxildir:

  • iPad Air (M2 və daha yeni modellər),

  • iPad Pro (M4),

  • iPad Mini (A17 Pro),

  • iPad (A16).

Artıq rəsmi servis mərkəzlərində və Apple mağazalarında bu cihazlar üçün ekranlar, enerji portları, batareyalar və kameralar əldə etmək, həmçinin təmir üçün lazım olan alətləri icarəyə götürmək mümkün olacaq.

Apple təmir üçün istifadəçi təlimatlarını və cihazın düzgün işlədiyini yoxlamaq imkanı verən Apple Diagnostics sisteminə çıxışı tamamilə pulsuz təqdim edəcək.

Şirkət əlavə olaraq bildirib ki, artıq orijinal Apple ehtiyat hissələrini ABŞ və Avropada fəaliyyət göstərən MobileSentrix, həmçinin yalnız Avropa İttifaqında xidmət göstərən Mobileparts.shop adlı özəl distribyutorlardan da almaq olar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,943ФанатыМне нравится
1,027ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -