AnTuTu test platformasının yaradıcıları aprel ayında ən yüksək performans göstərən planşetlərin reytinqini təqdim ediblər. Diqqətçəkən məqam ondan ibarətdir ki, ilk beş yeri BBK şirkətinə məxsus brend planşetlər tutub.
Ayın ən güclü planşeti OPPO Pad 4 Pro olub. Qualcomm Snapdragon 8 Elite prosessoru ilə təchiz olunan bu model 2 849 493 xal toplayıb. İkinci yerdə vivo Pad5 Pro yerləşir — o, MediaTek Dimensity 9400 çipi ilə 2 640 803 xal qazanıb. İlk üçlüyü OPPO Pad 3 Pro tamamlayır – bu planşet Snapdragon 8 Gen 3-ün sürətləndirilmiş versiyası ilə 2 095 666 xal yığıb.
Dördüncü yerdə vivo Pad 3 Pro (2 038 713 xal), beşinci yerdə isə iQOO Pad 2 Pro (2 030 767 xal) qərarlaşıb. Onların ardınca OnePlus Pad Pro (2 030 314 xal) və Lenovo Legion Y700 2025 (1 987 986 xal) gəlir.
Siyahının səkkizinci və doqquzuncu yerlərində Xiaomi brendinin planşetləri — 6S Pro 12.4 (1 568 498 xal) və 7 Pro (1 499 188 xal) yer alıb. Sonuncu sıranı isə vivo Pad 3 (1 497 755 xal) tamamlayır.