spot_img
6 марта, 2025
ДомойТелекомСобытияBarselonada keçirilən Mobil Dünya Konqresində “Aztelekom”a “Ən Sürətli Sabit Şəbəkə” mükafatı təqdim...

Barselonada keçirilən Mobil Dünya Konqresində “Aztelekom”a “Ən Sürətli Sabit Şəbəkə” mükafatı təqdim edildi

Martın 5-də dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress”də (MWC) “Aztelekom” MMC-yə “Ən Sürətli Sabit Şəbəkə” mükafatı təqdim edilib. Bu nüfuzlu mükafat internetin sürət testi və təhlili üzrə qlobal lider olan “Ookla”® şirkəti tərəfindən verilib.

Mükafatlandırma İspaniyanın Barselona şəhərində keçirilən konqres çərçivəsində “Aztelekom”un nümayəndə heyəti ilə görüş zamanı baş tutub. Mükafat 2024-cü ilin 3-cü və 4-cü rüblərində ölkə üzrə aparılmış sürət testlərinin nəticələrinə əsasən təqdim edilib. “Ookla”® şirkəti bu barədə 27 fevral 2025-ci il tarixində dərc etdiyi rəsmi hesabatında məlumat verib.

Hesabat ölkə üzrə 300 000-dən çox abunəçinin müxtəlif cihaz və tətbiqlər vasitəsilə keçirdiyi 4,5 milyona yaxın sürət testinə əsaslanıb. Testlərin nəticələrinə əsasən, ölkə üzrə ən yüksək yükləmə sürəti (Top Download Speed) 181.30 Mbit/s qeydə alındığı halda “Aztelekom” abunəçilərində bu göstərici 408.18 Mbit/s müəyyən olunub.

Qeyd edək ki, hər il GSMA tərəfindən təşkil olunan “MWC Barcelona” sərgisi süni intellekt, “IoT”, 5G, “bulud” texnologiyaları və digər rəqəmsal innovasiyalar sahəsində dünyanın aparıcı şirkətləri, startapları və ekspertlərini bir araya gətirir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,966ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -