Huawei şirkəti özünün ən son artırılmış reallıq proyeksiya displeyi olan XHUD-AR barədə təfərrüatlarını açıqlayıb. Yeni sistem ətrafdakı nəqliyyat vasitələrini və piyadaları müəyyən edir və gecə sürməyi rahatlaşdırır.
Huawei ilk dəfə öz artırılmış reallıq proyeksiya displeyini 2021-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən IAA Mobility sərgisində təqdim edib. AR-HUD 7,5 metr məsafədən 70 düyümlük görüntü izləmə effektini əldə etməyə imkan verir. Huawei bu sistemi dörd il ərzində təkmilləşdirib. Proyeksiya displeyinin ən son versiyası XHUD-AR adlanır. Bu sistem çoxölçülü koordinat transformasiyasını dəstəkləyir.
Huawei-nin XHUD-AR sisteminin əsas təkmilləşdirilməsi onun real vaxt rejimində göstərilməsi, hədəfin izlənilməsi və titrəmə əleyhinə alqoritm imkanlarıdır. Sistem həmçinin virtual görüntüləri (yəni ekran üzərində göstərilən məlumatlar) və real dünya obyektlərini (yolda qarşılaşdığınız əşyalar, avtomobillər və s.). Məsələn, bir avtomobilin önündəki yolda olan sürət göstəricisi və ya naviqasiya istiqamətləri yola və ətrafdakı obyektlərə uyğun şəkildə göstərilir.
Hal-hazırda Huawei öz artırılmış reallıq proyeksiya displeylərini geniş avtomobil istehsalçıları dairəsinə təchiz edir: bunlara SAIC, BAIC, Seres, Changan, Chery, BYD və JAC daxildir.