Aparıcı kosmik texnologiya şirkəti SpaceX iPhone, Galaxy, həmçinin Google Pixel və Samsung mobil cihazlarında peyk internetinin kifayət qədər uğurlu sınaqlarını keçirib.
Keçən ay edilən sınaqlarda xüsusi avadanlıqlara ehtiyac olmadan Starlink peykləri vasitəsilə SMS göndərildi. Məlumatların ötürülmə sürəti 17 Mbit/s-dən çox olub ki, bu da yüksək keyfiyyətli foto və videoların sürətli yüklənməsini, eləcə də audio və video zənglər etmək imkanını təmin edib.
Bu uğurlu nəticələr SpaceX-in kosmik rabitə sahəsində texnoloji üstünlüyünü təsdiqləyir. Şirkət öz peyk internet sisteminin etibarlılığını və səmərəliliyini nümayiş etdirərək, hətta uzaq və əlçatmaz yerlərdə belə sabit rabitə təmin etdi ki, bu da SpaceX mühəndisləri və mütəxəssisləri üçün xoş sürpriz oldu.