spot_img
28 апреля, 2024
ДомойТелекомСтатьиGoogle 2023-cü ildə bütün dünyada insanların nə ilə maraqlandığını açıqlayıb

Google 2023-cü ildə bütün dünyada insanların nə ilə maraqlandığını açıqlayıb

Google ötən ilin nəticələrini yekunlaşdırmağa davam edir. Bu dəfə şirkət 2023-cü il ərzində insanların ən çox hansı mövzularla maraqlandığını açıqlayıb. O cümlədən, əsas xəbər hadisələri, ən populyar filmlər, seriallar, aktyorlar və video oyunlar açıqlanıb.

Amerikalı futbolçu Damar Hamlin Google axtarışlarına görə 2023-cü ilin ən çox axtarılan adamıdır. Amma aktyor kateqoriyasında Marvel komiksindəki Hawkeye rolu ilə tanınan Ceremi Renner birinci yeri tutub. İkinci yerdə “Wednesday” serialının yüksələn ulduzu Cenna Orteqa qərarlaşıb. İlin filmi isə hər kəsin hər yerdə haqqında danışdığı Marqo Robbi və Rayan Qoslinqin baş rollarda çəkildiyi “Barbie” olub. Oyunlar kateqoriyasında ən çox axtarılan oyun Hogwarts Legacy-dır.

2023-cü ilin ən yaxşı 5 filmi:

  • «Barbie»
  • «Oppenheimer»
  • «Əsgər»
  • «Azadlıq səsi»
  • «John Wick 4»

2023-cü ilin ən yaxşı 5 serialı:

  • «Bizdən biri»
  • «Wednesday»
  • «Ginny və Georgia»
  • «Van-Pis»
  • Kaleydoskop

2023-cü ilin ən yaxşı 5 oyunu:

  • Hogwarts Legacy
  • The Last of Us
  • Connections
  • Battlegrounds Mobile India
  • Starfield

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -