Lamborghini, şirkətin avqustun 18-də təqdim edəcəyi elektrik superkar konseptinin siluet şəklini yayımladı. Təqdimat ABŞ-ın Monterey şəhərində «Avtomobil Həftəsi» çərçivəsində baş tutacaq.
Əvvəllər Lamborghini gələcək konsepti “dördüncü avtomobil seriyasının ilk prototipi” kimi təsvir edirdi. Həmçinin, brendin baş direktoru bildirib ki, yenilik gündəlik istifadə üçün Huracan və ya Revueltodan qat-qat rahat olacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az