IT Home portalının məlumatına görə, realme C53 90 Hz yeniləmə tezliyi və 560 nit parlaqlıq ilə 6,74 düymlük IPS displey alacaq. Smartfonun prosessoru Unisoc T612 olacaq. 6 GB RAM və 128 GB daimi yaddaşın olması da məlumdur. Muxtariyyətə cavabdeh 33 vatt sürətli şarj ilə birlikdə 5000 mAh batareyadır.
Bundan əlavə, insayderlər 50 meqapiksellik kamera, microSD kart yuvası, qulaqlıq yuvası və 7,5 mm korpus qalınlığını iddia edirlər.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az