spot_img
18 мая, 2024
ДомойТелекомСобытияİlon Mask tvitlərini dərc etməzdən əvvəl vəkillərlə təsdiqləməyə məcburdur

İlon Mask tvitlərini dərc etməzdən əvvəl vəkillərlə təsdiqləməyə məcburdur

İlon Mask ABŞ Federal Apellyasiya Məhkəməsindən qiymətli kağızlar və birja komissiyası ilə 2018-ci il barışıq müqaviləsinin şərtlərini dəyişdirməyi xahiş edib. Bu razılaşma İlon Maskdan tvitlərinin dərc olunması üçün vəkillərlə birlikdə təsdiqlənməsini tələb edir. Lakin məhkəmə milyarderdən imtina edib.

Mask tez-tez Twitter-dən istifadə edir, ona görə də müqavilənin şərtlərinə əməl olunması məsələsinin açıq qalması qərarı alınıb. Öz növbəsində, milyarderin fikrincə, Komissiya müqavilədən sui-istifadə edir. Maskın sözlərinə görə, məhkəmə “pis niyyətli araşdırmalar” aparır. Lakin məhkəmə fərqli fikirdədir.

Komissiyaya bəraət qazandıran hakim, komissiyanın Maskın tvitlərini yalnız üç dəfə araşdırdığını qeyd etdi. Bütün bu hekayə 2018-ci ildən bəri davam edir, o zaman İlon Tesla səhmlərini bir səhm üçün 420 dollar qiymətə geri almaq üçün maliyyə vəsaiti olduğunu elan etmişdi.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,042ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -