spot_img
19 апреля, 2024
ДомойТелекомНовости операторовAzercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

Azercell-dən Türkiyədəki abunəçilərinə dəstək!

Lider mobil operator Türkiyədə səfərdə olan abunəçilərinin balansını təmənnasız şəkildə artırıb

Türkiyədə baş vermiş yeraltı təkanlarla əlaqədar olaraq “Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansını təmənnasız şəkildə artırıb. Şirkət hazırda Türkiyədə rouminq xidmətlərindən istifadə edən həm fakturalı, həm də fakturasız xətt abunəçilərinin balansına vəsait yükləyib.

Azercell bu fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.

Azercell Əlaqə Mərkəzinə edilən zənglər pulsuzdur! Əlaqə üçün: +99 450 656 5000

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin qaynar xətti: +90 532 577 61 68

#TürkiyəSəninləyik

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -