spot_img
20 апреля, 2024
ДомойТелекомСобытияNETTY2022 nominantları müəyyən edir, səsvermə başlayıb

NETTY2022 nominantları müəyyən edir, səsvermə başlayıb

NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başladı. 1 dekabrdan 7 dekabradək müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyəti (münsiflər heyəti yalnız “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.

İnternet-istifadəçilərdən öz növbəsində sosial login vasitəsilə Virtual Münsiflər Heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə təsir edə bilərlər.

Müsabiqədə qələbəyə iddia edənlərin NETTY 2022-in nominantlarının yekun siyahısı 8 dekabr tarixində elan ediləcək. Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq, NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək. Həmin dövrdə həmçinin müsabiqədənkənar fəxri və həvəsləndirici nominasiyalar üzrə səsvermə keçirilir.

NETTY 2022 qalibləri rəsmi olaraq 17 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilir. Mərasimə mükafatın bütün nominantları dəvət edilir.

Müsabiqə çərçivəsində əhəmiyyətli veb-resursların, ən yaxşı Azərbaycan İT-layihələrin, informasiya texnologiyaları sahəsində qabaqcıl xadimlərin adları çəkilir. Texnologiyanın inkişafına və tərəqqisinə istiqamətləndirilmiş trendlər, innovasiyalar və proqressiv ideyalar qeyd olunur.

2022-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nominasiyalar üzrə qiymətləndiriləcək:

  1. Dövlət və Cəmiyyət
  2. İqtisadiyyat və Biznes
  3. Maliyyə və Banklar
  4. Elm, Təhsil və İnnovasiya
  5. Səhiyyə, İdman və Turizm
  6. İnformasiya və Xəbərlər
  7. Mədəniyyət, İncəsənət və Yaradıcılıq

Bu ilin mükafatı dəstəkləyən tərəfdaşlarımız:

Baş tərəfdaş — NAR.

Mükafatın rəsmi tərəfdaşları: DELL Technologies, Gulfstream Distribution LLC, SmartHost, Rasul Hasan Studio, Savalan Aspi Winery, Renley şirkətləridir.

Ödəniş sistemi – Epoint.

Layihənin informasiya tərəfdaşları: Oxu.az, Media.az, banks.az, Infocity jurnalı, Kaspiy qəzeti.

Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -