Artıq sabah, avqustun 11-də Xiaomi geniş miqyaslı təqdimat keçirəcək və bu təqdimatda bizi bir çox maraqlı yeniliklər gözləyir. Ancaq ən vaciblərindən biri çevik ekranlı təzə flaqman smartfon — Xiaomi Mix Fold 2 olmalıdır.
Beləliklə, tədbir ərəfəsində şirkət yeni məhsulun ilk reklam çarxını dərc etdi. Burada istehsalçı cihazın korpusunun qalınlığına diqqət yetirib.
Məlum olub ki, açılan zaman Mix Fold 2 yalnız 5,4 mm qalınlığında olacaq ki, bu da USB-C konnektorundan bir qədər qalındır. Mütəxəssislər artıq cihazın son bir neçə ildə çıxan ən nazik telefon olduğunu bildirirlər.
Onu da xatırladaq ki, cihaz Snapdragon 8+ Gen 1 prosessoru ilə hesablanır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az