spot_img
29 марта, 2024
ДомойТехнологииГаджетыYeni fitnes-treker Xiaomi Band 7 Pro, smart saat funksiyasını alacaq

Yeni fitnes-treker Xiaomi Band 7 Pro, smart saat funksiyasını alacaq

Mənbələr, qarşıdan gələn Xiaomi Band 7 Pro-nun ağıllı saat kimi Always On Display funksiyasını alacağını söylədi.

Yeni smartfonların və digər qadcetlərin tezliklə genişmiqyaslı təqdimatını ərəfəsində Xiaomi şirkəti fitnes-trekerin yeni şəkillərini paylaşdı.

Göründüyü kimi, qolbaqın Pro versiyası birbaşa Huawei Watch Fit və Honor Watch ES ilə rəqabət aparacaq. Qadcet Always On Display və çıxarıla bilən kəmərləri olan böyük düzbucaqlı ekran alacaq. Qeyd etmək lazımdır ki, Xiaomi fitnes trekerlərində belə kəmər qoşmalarından istifadə edən ilk şirkətdir.

Şəbəkədə Xiaomi Band 7 Pro-nun qutudan çıxarılmasının fotoşəkilləri də var. Onlardan görünür ki, fitnes-trekerin yanında şarj kabeli və təlimatlar əlavə olunacaq. Fotoda qolbaqın ağ variantı göstərilir. Amma mütləq qara rəngi də olmalıdır.

 

Xiaomi Band 7 Pro və Xiaomi 12S seriyalı smartfonların rəsmi təqdimatı iyulun 4-də keçiriləcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -