spot_img
21 ноября, 2024
ДомойТехнологииАвтомобилиElon Musk Tesla Cybertruck-ın elanının yeni tarixini açıqladı

Elon Musk Tesla Cybertruck-ın elanının yeni tarixini açıqladı

İnvestorlarla görüş zamanı Tesla CEO 2019-cu ildə elan edilmiş futuristik pikap Cybertruck-un kommersiya buraxılışının daha dəqiq tarixlərini açıqladı. Onun buraxılışı artıq təxirə salınıb — və məlum oldu ki, sonuncu dəfə deyil.

Elon Mask bildirib ki, iddialı elektromobilin ilk tədarükləri yalnız gələn ilin ortalarında başlayacaq. Onun sözlərinə görə, şirkət, pandemiya zamanı hətta mövcud Model S, X və Y-nin buraxılışını «yavaşlaşdıran» komponent çatışmazlığı ilə üzləşib.

Cybertruck-un ən diqqət çəkən xüsusiyyətlərindən biri onun qeyri-standart bucaq dizaynıdır — xarici görünüşdə avtomobil video oyunun modelinə bənzəyir. Eksteryerin qəribə olması səbəbindən istehsalçının bir sıra problemləri yaranıb – xüsusən də mühəndislər standart əkiz “siləcəkləri” bir nəhəng qurğu ilə əvəz etmək məcburiyyətində qalıblar.

Şəbəkədə işləyən pikapın videoları bir neçə dəfə peyda olub — başqa sözlə, o, 2023-cü ildə təqdim olunacaq ikinci nəsil Tesla Roadster-dən fərqli olaraq tamamilə gözdən itməyib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
715ПодписчикиПодписаться
- Реклама -