spot_img
25 апреля, 2024
ДомойТехнологииГаджетыAirPods Pro 2-nin təqdimat tarixi açıqlandı

AirPods Pro 2-nin təqdimat tarixi açıqlandı

AirPods Pro qulaqlıqlarının birinci nəsli 2019-cu ilin oktyabr ayında satışa çıxmışdı. Çox güman ki, yaxın zamanda sözügedən qulaqlıqların ikinci nəsli satışa çıxacaq. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən AirPods Pro 2-nin irimiqyaslı istehsalına artıq bu ilin ikinci yarısında start veriləcək. Analitik bildirib ki, istehsalat prosesi Vyetnamda reallaşdırılacaq.

AirPods Pro 2-yə gəldikdə isə analitik qeyd edib ki, sözügedən qulaqlıqlarda şarj prosesi üçün Lightning girişindən istifadə ediləcək.

Gözləntilərə əsasən AirPods Pro 2 istifadəçi səhhətinin monitorinqini reallaşdıracaq funksiyaları da əldə edəcək. Yeni qulaqlıqlarda xüsusi sensorların olacağı gözlənilir. Həmin sensorlar vasitəsilə qulaqlıqları fitnes treker rolunda istifadə etmək mümkün olacaq.

Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple şirkətinin öz cihazlarında USB Type-C girişini reallaşdıracağı barəsində məlumat ortaya çıxmışdı. Bu cür cihazlar arasında iPhone smartfonları və AirPods qulaqlıqları da olacaq. Lakin bunun nə zaman baş verəcəyi dəqiq şəkildə bilinmir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -