spot_img
28 апреля, 2024
ДомойТехнологииСмартфоныYeni ucuz vivo Y01: böyük ekran və 5000 mAh batareya

Yeni ucuz vivo Y01: böyük ekran və 5000 mAh batareya

Vivo şirkəti ucuz qiymətə yeni vivo Y01 smartfonunu təqdim edib. Cihaz 5000 mAh tutumlu akkumulyator, Android 11 (Go Edition) əsasında əməliyyat sistemi, həmçinin 6,51 düymlük IPS ekran əldə edib.

Vivo Y01, MediaTek Helio P35 mobil platformasına əsaslanır. Smartfon 2 və ya 3 GB RAM və 32 GB fleş yaddaşa malik versiyalarda təqdim olunacaq ki, bu da microSD-dən istifadə etməklə 1 TB-a qədər genişləndirilə bilər. Cihazın batareyası yalnız 10 vatt şarjı dəstəkləyir. 5 meqapiksellik ön kamera ekranda damcı formalı kəsikdə yerləşir, arxa paneldə isə regiondan asılı olaraq 13 meqapiksel və ya 8 meqapiksellik əsas kamera bloku və LED işıq var.

Vivo Y01 smartfonu mavi və qara rənglərlə satışa çıxacaq. Təklif olunan qiymət 139 avrodur.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -