spot_img
2 мая, 2024
ДомойТехнологииГаджетыXiaomi Mi Band 7-nin xüsusiyyətləri təqdimatdan əvvəl açıqlandı

Xiaomi Mi Band 7-nin xüsusiyyətləri təqdimatdan əvvəl açıqlandı

 İnternetdə Xiaomi Mi Band 7  barəsində ilk məlumatlar ortaya çıxıb. İnsayderlər smart qolbağın istifadəçi interfeysinin beta versiyasının kodunda yeni Mi Band modelinin sahib olacağı özəlliklər barəsində məlumatlar aşkar ediblər.

Beləliklə verilmiş məlumata əsasən M2129B1 və M2130B1 (adi və NFC dəstəkli)  model nömrələrinə sahib smart qolbaq 490×192 piksel keyfiyyətli ekran ilə təchiz olunacaq. Ekran Always on Display funksiyasını dəstəkləyəcək. İstifadəçilərə həmçinin çoxlu sayda virtual siferblat (saatın ön paneli) da təqdim ediləcək.

    İnsayderlər bildiriblər ki, Mi Band 7 qolbağı Smart Alarm adlı funksiyanı əldə edəcək. Bu funksiya yüngül yuxu fazasında olan istifadəçini öncədən təyin edilmiş zəngli saata 30 dəqiqə qalmış oyandıracaq. Bundan əlavə olaraq yeni smart qolbaq çox güman ki, enerji sərfiyyatına qənaət məsələsində daha təkmilləşdirilmiş sistem əldə edəcək. Mi Band 7-də GPS modulun olacağı istisna edilmir. Lakin qeyd etmək lazımdır ki, Mi Band 6-nın da GPS modul əldə edəcəyi deyilirdi. Nəticədə isə smart qolbaq belə bir imkanı əldə etmədi. Xiaomi yeni Mi Band barəsində heç bir rəsmi məlumat verməyib. Mi Band 6 keçən il mart ayının sonunda təqdim edilmişdi. Heç istisna deyil ki, şirkət bu ayın sonunda Mi Band 7-ni təqdim etsin.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -