spot_img
24 апреля, 2024
ДомойТехнологииСмартфоныUcuz realme C31 smartfonunun dizaynı və xüsusiyyətləri təqdimatdan əvvəl ortaya çıxdı

Ucuz realme C31 smartfonunun dizaynı və xüsusiyyətləri təqdimatdan əvvəl ortaya çıxdı

Realme yeni büdcə smartfonunu — realme C31 modelini təqdim etməyə hazırlaşır. Satışın başlanğıcında gözlənilən qiyməti 130 avrodan az olacaq cihazın renderləri və texniki xüsusiyyətləri artıq şəbəkədə peyda olub.

İnsayderlərin fikrincə, qadcetin “ürəyi” maksimal takt tezliyi 1,8 QHs olan 12 nm-lik Unisoc T612 prosessoru və ARM Mali-G57 qrafik çipi olacaq. O, 3/4 GB RAM və microSD kartı ilə genişləndirilə bilən 32 və ya 64 GB ilə konfiqurasiyalarda təqdim ediləcək. Smartfonun 3,5 mm qulaqlıq yuvası və microUSB konnektoru olması gözlənilir.

Bundan əlavə, cihaz HD+ təsvir ölçülü (1600×720 piksel, 269 ppi), 60 Hz yeniləmə tezliyi və maksimum 400 nit parlaqlığa malik 6,5 düymlük IPS displeylə təchiz ediləcək. Realme C31 əsas kamera moduluna 13 MP (f/2.2) əsas sensor və bir cüt 2 meqapiksellik (dərinlik sensoru və monoxrom) daxil olacaq. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel, akkumulyatorun tutumu isə 5000 milliamper/saat olacaq.

Yeniliyin qiymətinin əsas versiya (3/32 GB) üçün 129 avronu, 4/64 GB modifikasiyası üçün isə 149 avronu ötməyəcəyi gözlənilir. Realme C31-in təqdimat tarixi şirkət tərəfindən hələ açıqlanmayıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -