Şirkət Awesome Galaxy A Event-ə dəvətlər göndərməyə başlayıb. Adından da göründüyü kimi, təqdim edilməsinə bir neçə gün qalmış yeni Galaxy A seriyası smartfonlarına həsr ediləcək.
Rəsmi tizerə əsasən, onlayn premyera martın 17-də Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq. Şirkət təqdimatda hansı cihazların nümayiş etdiriləcəyini dəqiqləşdirməyib — şayiələrə görə, bunlar 6,7 düymlük displey və Snapdragon 750G prosessorlu Galaxy A73 modelləri, həmçinin Exynos 1200 mobil platforması əsasında qurulan Galaxy A53 olacaq.
«Samsung bu il A seriyası üçün Galaxy innovasiyalarını daha da təkmilləşdirir. Heyrətamiz yeni Galaxy A Series cihazları insanlara smartfondan istədikləri bütün imkanları təmin etmək üçün nəzərdə tutulub», — şirkət müşayiət olunan mətndə qeyd edir.
Tam yeni məhsulların premyerası Samsung saytında və şirkətin YouTube kanalında yayımlanacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az