Yeni bir insayder nəşri hələ təqdim edilməmiş Galaxy Watch5-in xüsusiyyətləri ilə bağlı şayiələrin xəzinəsini doldurdu. Bu dəfə şəbəkədə qadcetin əsas komponentlərindən biri, eləcə də onun satışa çıxmasının təxmini vaxtı haqqında məlumat tapılmışdır.
SamMobile portalının məlumatına görə, şirkətin SM-R900 nömrəli yeni smart saatı dördüncü nəsil modeli üçün 247 mAh-a qarşı 276 mAh tutumlu EB-BR900ABY batareyası ilə təchiz ediləcək. Nəzəri olaraq, bu, batareyanın ömrünün artması demək ola bilər, lakin digər məlum xüsusiyyətlər olmadığından, nəticə çıxarmaq hələ tezdir.
Bundan əlavə, mənbə bildirir ki, Galaxy Watch5-in kütləvi istehsalına 2022-ci ilin üçüncü rübündə başlanılacaq. Yeni məhsulların satışının başlama tarixi haqqında hələ dəqiq məlumat yoxdur, lakin onların təqdimatı, şayiələrə görə, avqustun əvvəlində baş tuta bilər. Əvvəlki insayder hesabatına görə, cihazın mühüm xüsusiyyətlərindən biri digər biometrik sensorları tamamlayan inteqrasiya olunmuş termometr olacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az