spot_img
21 ноября, 2024
ДомойТехнологииСмартфоныOnePlus 160 Vatt sürətli şarj texnologiyasına sahib smartfon üzərində işləyir

OnePlus 160 Vatt sürətli şarj texnologiyasına sahib smartfon üzərində işləyir

    İnsayderlərin məlumatlarına əsasən, OnePlus şirkəti PGKM10 koduna sahib yeni smartfon üzərində işləyir. Məlumatda qeyd edilib ki, şirkət tərəfindən hazırlanan yeni smartfonun əsas özəlliyi ondan ibarət olacaq ki, o, 160 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Smartfonun hansı ad altında satışa çıxacağı barəsində bir məlumat yoxdur. Sadəcə olaraq məlumdur ki, söhbət, 5G dəstəkli smartfondan gedir. Ehtimallar səsləndirilir ki, hazırlanan smartfon OnePlus 10 seriyasına daxil olacaq.

    Həmçinin məlumatda qeyd edilib ki, smartfon MediaTek şirkətinin Dimensity 8100 prosessoru ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən 8 nüvəli bu prosessor özündə Mali-G610 qrafik çipini və aparıcı 5G modemi birləşdirir. Bəzi məlumatlara əsasən Smartfon həmçinin 6.7 düym ekran ilə təchiz olunacaq və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək. Smartfonun arxa kameralarından biri isə 50 MP-lik Sony IMX766 olacaq. Smartfonun 4500 mAh enerji tutumlu batareyaya sahib olacağı güman edilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -