Digital Chat Station-ın məlumatına görə, Xiaomi tezliklə yeni flaqman smartfonunu təqdim edəcək. Onun əsas xüsusiyyəti Leica ilə birgə hazırlanmış əsas kamera olacaq. Gözlənilir ki, Xiaomi L1 kod adlı gadget flaqman Snapdragon 8 Gen 1 mobil platformasında qurulacaq və 120 vatt şarjı dəstəkləyəcək.
İnsayderin verdiyi sxematik təsvirə əsasən, cihazın arxa qapağında üç sensorlu əsas kameranın dairəvi bloku yerləşdiriləcək. Digər təfərrüatlar və təqdimat tarixi məlum deyil.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az