spot_img
19 апреля, 2024
ДомойSoftwareМобильные приложенияWhatsapp-da yaxın zamanda mesajlara reaksiya bildirmək funksiyası istifadəyə veriləcək

Whatsapp-da yaxın zamanda mesajlara reaksiya bildirmək funksiyası istifadəyə veriləcək

Whatsapp-dakı mesajlara emojilər vasitəsilə reaksiya bildirmək funksiyası çox güman ki, son test mərhələsindədir. Buna WABetaInfo saytı tərəfindən təqdim edilmiş yeni fotolar işarə edirlər. Qeyd etmək lazımdır ki, messencer tərtibatçıları mesajlara emojilər vasitəsilə reaksiya bildirmək funksiyası üzərində artıq uzun müddətdir ki, çalışırlar. Sözügedən funksiyanın hazırlandığına dair sübutlar hələ keçən ilin yay fəslində ortaya çıxmışdılar. Bu funksiya vasitəsilə Whatsapp istifadəçiləri bu və ya digər mesaja standart cavab yazmaq əvəzinə sürətli reaksiyalar bildirə biləcəklər. Sözügedən funksiya barəsində əvvəlki məlumat sızıntılarından bəlli idi ki, tərtibatçılar onun hansı xarici görünüşdə reallaşdırmağa qərar verməyiblər.

Lakin təqdim edilmiş yeni fotolar funksiyanın final versiyasının necə görünəcəyini əks etdirirlər. Facebook Messenger-də olduğu kimi Whatsapp-da da istifadəçilər bu və ya digər mesaj üzərində bir sıra emojilərə sahib olacaqlar. Təəssüflər olsun ki, təqdim edilmiş fotolar reaksiyalar panelinin hansı əməliyyat sayəsində ortaya çıxdığını sərgiləmirlər. Hal hazırda yalnız 6 reaksiya emojisi aktivdir. İstifadəçi onlardan birini seçdikdən sonra seçilmiş emoji mesajın alt hissəsində əks olunacaq. Məlumata əsasən mesajlara emojilər vasitəsilə reaksiya bildirmək funksiyasının Whatsapp-ın Android və iOS üçün nəzərdə tutulmuş növbəti beta versiyasında istifadəyə verilməsi planlaşdırılır. Məlumatda həmçinin qeyd edilib ki, adi mesajlar kimi reaksiyalar da end-to-end şifrələmə ilə qorunacaqlar.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -