Mənbələr bildirirlər ki, Apple şirkət bazardakı üstünlüyünü qoruyub saxlamağı və smartfon biznesini genişləndirməyi planlaşdırır. Şəbəkədə yeni iPhone SE-nin 2022-ci ildə neçəyə başa gələ biləcəyi barədə artıq məlumat var.
Son məlumatlara görə, iPhone SE 3-in dəyəri 300 dollar təşkil edə bilər. Bu təəccüblü görünsə də, indiki iPhone SE 2 (2020) 399 dollardan başlayır və yeni smartfon daha yaxşı prosessor, 5G dəstəyi və daha uzun batareya ömrü əldə edəcək.
Apple-ın belə bir addımı şirkətin Android smartfonlarından iPhone-lara keçid dalğasını təhrik etmək istəyi ilə izah olunur. 1,4 milyard Android telefon istifadəçisinin çoxu potensial olaraq dəyişə bilər. Bununla belə, bu məlumatlara şübhə ilə yanaşmaq lazımdır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az