spot_img
2 мая, 2024
ДомойТехнологииСмартфоныPOCO X4 Pro 5G: renderləri və rəsmi təqdimat tarixi

POCO X4 Pro 5G: renderləri və rəsmi təqdimat tarixi

POCO şirkəti, smartfonun təqdimat tarixi ilə rəsmi tizer dərc etdi – tədbir gələn həftə baş tutacaq. Bundan əlavə, şəbəkədə ən etibarlı sənaye insayderlərindən biri olan Evan Blassın təqdim etdiyi yeniliyin müxtəlif rənglərdə təsvirləri göründü.

Gözlənilir ki, qarşıdan gələn təqdimatda şirkət eyni anda iki smartfon nümayiş etdirəcək. POCO M4 Pro 5G modeli Redmi Note 11S-in qlobal versiyası kimi yerləşdiriləcək və MediaTek Helio G96 prosessoru alacaq. POCO X4 Pro 5G-nin əsas xüsusiyyəti 108 meqapiksellik əsas kamera olacaq, hansını ki, 8 və 2 meqapiksellik sensorlar tamamlayacaq.

OCO X4 Pro 5G üç rəngdədir: qara, mavi və sarı. 6,7 düymlük AMOLED displey (120 Hz) ilə təchiz edilmiş cihazın “ürəyi” Snapdragon 695 prosessoru olacaq. Smartfon əvvəlcədən quraşdırılmış Android 11 əməliyyat sistemi və özəl MIUI 13 ilə təchiz ediləcək. Ciahzın muxtariyyətinə 67 vatt sürətli şarj dəstəyi ilə 5000 mAh batareya cavabdeh olacaq.

Yeni POCO məhsullarının təqdimatı fevralın 28-də baş tutacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -