spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияMəşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib

Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib

    Məşhur Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibə elan edib. Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən yaradılmış Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi bu təhlükə səviyyəsini kritik adlandırıb. Verilmiş məlumatlara əsasən daimi olaraq Müdafiə Nazirliyinin resurslarında və Russia Today (RT) saytının bəzi rus dilli bölmələrində problemlər yaranır. Bundan əlavə olaraq Rusiyanın dövlət, Kreml və parlament saytlarında da problemlər müşahidə olunur.

    Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzi Rusiyanın informasiya resurslarına və o cümlədən kritik informasiya infrastrukturuna olan kiberhücumların intensivlikləri barəsində xəbərdarlıq edib. Qeyd etmək lazımdır ki, Anonymous hacker qruplaşması Rusiyaya qarşı kiber müharibəni öz Twitter hesabında elan edib. Bu elandan sonra Rusiyanın vacib qərəmsal resurslarına irimiqyaslı DDoS hücumların reallaşdırılmasına start verilib. Buna görə də Rusiyanın bəzi dövlət saytlarında mütəmadi problemlər müşahidə edilir. Anonymous bildirib ki, bütün bunlar Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbilə edilir və hacker qruplaşması ukraynalı vətəndaşların qorunmaları üçün belə bir addım atıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -