Tanınmış insayder Mukul Sharma iddia edir ki, POCO M4-ün təqdimatı fevral ayında baş tutacaq. Cihaz əlavə 8 meqapiksel və 2 meqapiksel modulları olan 64 meqapiksellik əsas kamera, həmçinin 90 Hz yeniləmə tezliyi olan LCD ekran əldə edəcək.
Smartfonun prosessoruna gəlincə, yalnız onun 5G dəstəyi ilə MediaTek olacağı məlumdur. Yeni məhsulun POCO M4 Pro-dan nə dərəcədə aşağı olacağı hələ aydın deyil.
Çox güman ki, standart POCO M4 oxşar dizayna sahib olacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az