spot_img
25 апреля, 2024
ДомойТехнологииСмартфоныiOS-in yeni funksiyası iPhone-nu ödəniş terminalına çevirə biləcək

iOS-in yeni funksiyası iPhone-nu ödəniş terminalına çevirə biləcək

Apple şirkəti iOS üçün yeni funksiya üzərində çalışır və həmin funksiya iPhone-nu ödəniş terminalına çevirməyə imkan verəcək. Bunun sayəsində kiçik biznes sahibləri plastik kartlar vasitəsilə ödənişlər üçün nəzərdə tutulmuş xüsusi pos terminalları əldə etmək faktorundan azad olacaqlar. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən Apple sözügedən yeni funksiya üzərində 2020-ci ildən çalışır. Qeyd etmək lazımdır ki, Apple 2020-ci ildə 100 milyon dollara Kanadanın Mobeewave adlı startapını almışdı. Sözügedən startap tərəfindən yaradılmış texnologiya NFC çipinə sahib smartfonlara bank kartları vasitəsilə ödənişləri qəbul etməyə imkan verir. NFC texnologiyası isə Apple Pay ödənişlərində artıq istifadə edilir. iPhone vasitəsilə ödəniş qəbul etmək üçün bəzi ölkələrin satıcıları smartfonla Bluetooth üzərindən əlaqəli olan xüsusi terminallardan istifadə edə bilərlər.

Bu sahədə Twitter-in keçmiş CEO-su Jack Dorsey-nin Square servisi öz liderliyini qoruyur. Lakin Apple tərəfindən hazırlanan yeni funksiya birbaşa iPhone-nun özünü ödəniş terminalına çevirəcək. Sözügedən funksiyanın Apple Pay ekosisteminə daxil olub-olmayacağı bilinmir. Bundan əlavə olaraq funksiyanın Azərbaycanda istifadə edilib-edilməyəcəyi də məlum deyil. Gözləntilərə əsasən Apple şirkəti bu funksiya ilə bağlı sistem yenilənmələrini yaxın aylar ərzində təqdim edəcək. Qeyd etmək lazımdır ki, Apple artıq uzun müddətdir ki, ödənişlər bazarına daxil olmağa çalışır. 2019-cu ildə şirkət ABŞ-da Apple Card-ı istifadəyə vermişdi. Daha sonra isə şirkət rəqəmsal tranzaksiyalar üçün nəzərdə tutulmuş Apple Cash servisini təqdim etmişdi.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -