spot_img
22 ноября, 2024
ДомойТехнологииГаджетыApple şirkətinin qarışıq reallıq cihazının texniki xüsusiyyətləri açıqlandı

Apple şirkətinin qarışıq reallıq cihazının texniki xüsusiyyətləri açıqlandı

Ross Young tərəfindən təqdim edilmiş yeni hesabata əsasən Apple şirkətinin bu il təqdim olunacaq qarışıq reallıq (AR+VR) cihazı 3 ekran ilə təchiz olunacaq. Analitikin sözlərinə görə, qarışıq reallıq cihazında iki ədəd micro-OLED ekran və bir ədəd AMOLED ekran mövcud olacaq. Analitik bildirib ki, Sony şirkətinin istehsalı olan iki ədəd micro-OLED ekran əsas ekranlar rolunda çıxış edəcəklər. Lakin AMOLED ekranın nə üçün nəzərdə tutulacağı barəsində məlumat yoxdur. Qeyd etmək lazımdır ki, müasir VR cihazlarda AMOLED ekranlardan istifadə edilmir. Belə ki, sözügedən ekranlar çox aşağı sıxlıqlı piksellərə sahibdirlər.

Çox güman ki, Apple şirkəti AMOLED ekranı periferik görmənin əhatə etdiyi zonalar üçün istifadə edəcək. Bu cür zonalar üçün isə yüksək sıxlıqlı piksellərə ehtiyac qalmır. Bir neçə müddət bundan öncə Sony şirkəti hər düym üçün 4000 piksel sıxlıqlı 4K ekranı təqdim etmişdi. Ross Young-ın fikrincə Sony həmin ekranı xüsusi olaraq Apple üçün hazırlayıb. Əgər Apple nəticədə öz qarışıq reallıq cihazı üçün sözügedən ekrandan istifadə etsə, güman etmək olar ki, 4000×4000 piksel keyfiyyətində olacaq iki ekrandan hər birinin ölçüsü 1.4 düym təşkil edəcək. Analitik bildirib ki, bu cür yüksək texnoloji ekranların istifadəsi nəticəsində Apple şirkətinin qarışıq reallıq cihazı yüksək qiymətə satılacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -