Amerika tənzimləyicisi FCC-nin məlumat bazasında Redmi 10 (2022) smartfonu haqqında yeni məlumatlar peyda olub. Belə görünür ki, 22011119UY model nömrəli gadget 4/128 GB yaddaşla təchiz olunacaq, həmçinin Android 11 əsasında MIUI 12.6 alacaq.
Bundan əlavə, yeni məhsul iki SİM-kart üçün slot, 50 meqapiksellik əsas kamera və 18 vatt sürətli şarj dəstəyi ilə təxminən 5000 mah akkumulyatorla təchiz ediləcəyi gözlənilir. Cihazın dizaynı orijinal Redmi 10-dan bir qədər fərqli olacağı ehtimal olunur. Təqdimat tarixi və gadgetin qiyməti hələlik istehsalçı tərəfindən açıqlanmayıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az