Honor şirkəti Honor X30 smartfon modelini təqdim edib. Yeni smartfon bir neçə müddət bundan öncə satışa çıxmış Honor X30 Max modelindən həm xarici görünüş həm də texniki göstəricilər baxımından fərqlənir.
Honor X30-un əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, Qualcomm-un yeni prosessoru ilə təchiz olunub. Beləliklə Honor X30 modeli 120 Hz Full HD+ keyfiyyətli IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skaneri smartfonun yan tərəfində yerləşdirilib.
Əsas texniki xüsusiyyətlərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 695G prosessoru, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.8 diafraqma) + 2 MP (f/2.4 diafraqma) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun kameraları 1080p keyfiyyətində videoların çəkilişini dəstəkləyirlər. Honor X30 Magic UI 5.0 interfeysli Android 11 vasitəsilə çalışır.
Smartfon 24 dekabr tarixində Çində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:
- 6 GB RAM + 128 GB yaddaş — 235$
- 8 GB RAM + 128 GB yaddaş — 266$
- 8 GB RAM + 256 GB yaddaş — 313$
- 12 GB RAM + 256 GB yaddaş — 361$.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az