Elon Musk Twitter hesabında işini tərk etməyi düşündüyünü abunəçiləri ilə paylaşdı.
“İşimi tərk edib «ınfluenser» olmaq haqqında düşünürəm. Bu barədə nə düşünürsünüz?”, – Musk yazıb.
Bu gün o da məlum olub ki, sahibkar Tesla səhmlərini satmaqda davam edir. O, təxminən 1 milyard dollar dəyərində daha bir böyük qiymətli kağız paketi satıb.
Xatırladaq ki, noyabrın əvvəlində Mask Twitter-də sorğu keçirmişdi. O, abunəçilərdən Tesla səhmlərinin 10%-ni satıb-satmayacağını soruşdu. Respondentlərin yarıdan çoxu səhmlərin satışının tərəfdarı olub.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az