Tanınmış insayder Digital Chat Station şirkətinin məlumatına görə, Vivo tezliklə öz planşetini təqdim etməyi planlaşdırır. Cihazın anonsu hələ baş tutmasa da, yeniliyin iddia edilən texniki xüsusiyyətləri artıq şəbəkədə peyda olub. Gözlənilir ki, gadget səkkiznüvəli Qualcomm Snapdragon 870 prosessoru, 8040 mAh batareya, həmçinin diaqonalı hələ məlum olmayan böyük displey ilə təchiz ediləcək.
Mənbəyə görə Vivo planşetinin təqdimatı gələn ilin əvvəlində baş tutacaq. Qurğu artıq TUV tənzimləyicisinin sertifikatından keçib, lakin istehsalçı hələlik onun təqdimatının dəqiq tarixini açıqlamayıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az