spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныiPhone 14 Pro və 14 Pro Max smartfonları USB Type-C çıxışına sahib...

iPhone 14 Pro və 14 Pro Max smartfonları USB Type-C çıxışına sahib olacaqlar

 Bir neçə mənbənin verdiyi məlumata əsasən gələn il iPhone 14 Pro və iPhone 14 Pro Max smartfonları Lightning girişi əvəzinə USB Type-C girişi ilə təchiz oluna bilərlər.

Bunun üçün bir neçə səbəb mövcuddur:

  • İlk növbədə söhbət, iPhone vasitəsilə çəkilmiş ProResvideoların ötürülməsindən gedir. Belə ki, ProRes videonu kompüterə Lightning girişi ilə ötürmək çox qəliz məsələdir. Lakin USB üzərindən bu cür videonun kompüterə ötürülməsi bir neçə dəqiqə ərzində reallaşdırılır.
  • İkinci məsələ isə Avropa Birliyinin müzakirə etdiyi yeni qanun ilə bağlıdır. Belə ki, Avropa Birliyinin müzakirə etdiyi yeni qanuna əsasən növbəti 2 il ərzində smartfon istehsalçıları bütün smartfonlarında USB Type-C girişini reallaşdırmalıdırlar.

    Apple dəfələrlə bu qanuna qarşı çıxıb və bildirib ki, smartfonlarda reallaşdırılacaq vahid giriş standartı innovasiyaların ləngimələrinə şərait yaradacaq və daha çox elektron tullantının əmələ gəlməsinə gətirib çıxardacaq. Görünür, nəticədə Apple şirkəti Avropa Birliyinin qanunu ilə razılaşmalı olacaq. Qeyd etmək lazımdır ki, Apple artıq yeni smartfonlarının qutularına şarj cihazını yerləşdirmir. Alıcılar şarj cihazını ayrıca almalı və ya əvvəlki smartfonlarının şarj cihazlarından istifadə etməli olurlar. Heç istisna deyil ki, Apple bir neçə ildən sonra iPhone-ların qutularına həmçinin naqil də yerləşdirməyəcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -