spot_img
23 апреля, 2024
ДомойSoftwareМобильные приложенияInstagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video selfie tələb edir

Instagram istifadəçilərin real şəxslər olduqlarını yoxlamaq üçün onlardan video selfie tələb edir

 Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb. Tələb olunan video selfie-də istifadəçi üzü bir neçə rakursdan əks olunmalıdır. Bu üsul ilə istifadəçi real insan olduğunu təsdiq edə biləcək. Məlumatda qeyd edilib ki, bu üsul ilə Instagram botlarla mübarizə aparmağa çalışır.

Ümumiyyətlə məşhur fotoservis artıq uzun müddətdir ki, botlarla mübarizə aparır. Bu cür botlar spam mesajlargöndərmək və ya süni şəkildə abunəçilərin sayını artırmaq üçün nəzərdə tutulublar.

Instagram-ın rəsmi Twitter hesabı video selfie ilə bağlı artıq rəsmi məlumat verib. Həmin məlumata əsasən fotoservis həqiqətən də bu funksiya sayəsində spam botlarla mübarizə aparmaq niyyətindədir. Bununla yanaşı Instagram təmsilçiləri qeyd ediblər ki, istifadəçilər tərəfindən çəkilmiş video selfie-lər insanların üzlərinin skan sistemi üçün məlumatlar bazasına çevrilməyəcəklər. Məlumatda qeyd edilib ki, həmin video selfie-lər şirkət serverlərinə yüklənəndan 1 ay sonra avtomatik olaraq silinirlər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -