spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныApple, tarixdə ən yaxşı ekrana sahib iPhone 13 Pro təqdim etdi

Apple, tarixdə ən yaxşı ekrana sahib iPhone 13 Pro təqdim etdi

iPhone 13 Pro tamamilə yeni mavi korpus rəngini aldı. Digər rənglər:

  • Apple A15 Bionic çipinə əsaslanır;
  • Super Retina XDR paneli ilə təchiz edilmişdir;
  • Ekran yeniləmə sürəti nəhayət 120 Hz-ə çatır;
  • Ekranın parlaqlığı 1000 nitdir;
  • İPhone 13 Pro 6.1 düymlük ekrana, iPhone 13 Pro Max isə 6.7 düymlük ekrana sahibdir.

Yeni smartfonlardakı kameralar daha da yaxşılaşdı. 12 MP (f/1.6 diafraqmalı genişbucaqlı obyektiv) + 12 MP (f/2.4 diafraqma, 120 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) ikili arxa kamera və 12 MP-lik (f/2.2 diafraqmalı) ön kamera ilə təchiz olunublar.

Telefoto modulu 3x zoom əldə etdi, aşağı işıq şəraitində çəkiliş edərkən səmərəliliyi 92% artırdı. Gecə rejimi iPhone 13 Pro-nun hər üç kamerasında mövcuddur. Fotoşəkillər üçün yeni filtrlər də var. Apple özü smartfonların film çəkilişi üçün əla olduğunu düşünür.

Batareya ömrü baxımından iPhone 13 Pro, bir şarjla iPhone 12 Pro -dan 1,5 saat, iPhone 12 Pro Max-dan isə 2,5 saat daha çox xidmət edir.

 iPhone 13iPhone 13 mini modelləri sentyabr ayının sonunda satışa çıxacaqlar. Onların satış qiymətləri:

— 128 GB yaddaşa sahib iPhone 13 — 799$

— 256 GB yaddaşa sahib iPhone 13 — 899$

— 512 GB yaddaşa sahib iPhone 13 — 1099$

— 128 GB yaddaşa sahib iPhone 13 mini — 699$

— 256 GB yaddaşa sahib iPhone 13 mini — 799$

— 512 GB yaddaşa sahib iPhone 13 mini — 999$.

 iPhone 13 Pro modellərinin qiymətləri isə:

— 128 GB yaddaşa sahib iPhone 13 Pro — 999$

— 256 GB yaddaşa sahib iPhone 13 Pro — 1099$

— 512 GB yaddaşa sahib iPhone 13 Pro — 1299$

— 1 TB yaddaşa sahib iPhone 13 Pro — 1499$

— 128 GB yaddaşa sahib iPhone 13 Pro Max — 1099$

— 256 GB yaddaşa sahib iPhone 13 Pro Max — 1199$

— 512 GB yaddaşa sahib iPhone 13 Pro Max — 1399$

— 1 TB yaddaşa sahib iPhone 13 Pro Max — 1599$.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

Предыдущая статья
Следующая статья
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -