International Data Corporation-ın (IDC) məlumatına görə, 2021-ci ildə smartfonların ümumi tədarükü 1,37 milyard ədədə çatacaq. Bu, ötən illə müqayisədə 7,4% çoxdur.
Android smartfonlarının tədarükü 6,2% artacaq. Amma iPhone üçün bu rəqəm 13,8% səviyyəsində olacaq.
Bunun səbəbi Apple-ın ilk 5G smartfonları olan iPhone 12-yə olan güclü tələbatdır. IDC, 2021-ci ildə tədarük artımının əsas sürücüsü olmağa davam edəcək 5G dəstəyi olduğuna əmindir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az