Google-un top meneceri Rick Osterlo, yeni flaqmanla bağlı jurnalistlərin sualını cavablandırarkən, Pixel 6-nın bahalı bir məhsul olacağını və niyə yüksək qiymətə sahib olacağını söylədi.
Pixel 6 seriyası üçün Google öz Tensor prosessorunu hazırladı. Google CEO’su Sundar Pichai, daha əvvəl şirkətin «ev» çipinin yaradılması üçün 4 il çəkdiyini və bunun üzərində işlərin hələ də davam edəcəyini söyləmişdi. Rick Osterloh, The Verge-ə verdiyi müsahibədə qeyd etdi ki, hər iki cihazı da bahalaşdıran yüksək keyfiyyətli və qabaqcıl elektronikanın istifadəsidir.
Şayiələrə görə, Google Pixel 6 və Pixel 6 Pro, Samsung-un mövcud flaqmanları — Galaxy S21+ və Galaxy S21 Ultra modelləri ilə təxminən eyni qiymətə satışa çıxarılacaq. Yeni məhsulların spesifikasiyalarına gəldikdə, xəttin əsas versiyası 90 Hz yeniləmə sürətinə malik 6.4 düymlük (Full HD +), Pixel 6 Pro isə Quad HD+ ilə 6.7 düymlük ekrana sahib olacaq. Hər iki modelin 12 GB RAM ilə variantları olacaq.
Google Pixel 6 və Pixel 6 Pro-nun təqdimatı bu payızda baş tutacaq, tədbirin dəqiq tarixi hələ məlum deyil.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az