spot_img
21 ноября, 2024
ДомойSoftwareМобильные приложенияTwitter-in ilin birinci yarımili üzrə xalis gəliri açıqlanıb

Twitter-in ilin birinci yarımili üzrə xalis gəliri açıqlanıb

Ötən ili 1,386 milyard ABŞ dolları zərərlə başa vuran Twitter Inc. mikrobloqlar xidmətinin cari ilin birinci yarımili üzrə xalis gəliri 133,654 milyonABŞ dolları təşkil edib.

Prime agentliyinin verdiyi məlumata görə, şirkətin mədaxili illik ifadədə 1,5 dəfə artaraq 2,226 milyard ABŞ dollarına çatıb.

İlin üçüncü rübü üçün ümumi mədaxilin 1,22-1,3 milyard ABŞ dolları, əməliyyat məsrəflərinin 50 milyon ABŞ dollarınadək olacağı gözlənilir. İlin yekunlarına görə əsas xərclərin 900-950 milyon ABŞ dolları olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, ABŞ-ın Twitter Inc. şirkətinin əsası 2006-cı ildə qoyulub. Şirkətin əsas məhsulu qısa ismarışların mübadilə edildiyi sosial şəbəkədir. Şirkətin mənzil-qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -