spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияTwitter Clubhouse-u 4 milyard dollara almaq istəyir

Twitter Clubhouse-u 4 milyard dollara almaq istəyir

Twitter şirkəti son aylar  Clubhouse sosial şəbəkəsinin satın alınması haqqında danışıqlar aparıb.

Mənbələrin məlumatına görə, sazişin qiyməti 4 milyard ABŞ dollar qiymətləndirilir. Hazırda danışıqlar naməlum səbəbdən dayandırılıb.

Tvitterin nümayəndəsi buna şərh verməkdən imtina edib, Clubhouse-da agentliyin sorğusuna cavab verməyiblər.

Daha əvvəl Twitter şirkəti Spaces audioplatformasının beta versiyasını buraxıb. Yeni versiyanın Clubhouse-a rəqib olduğu vurğulanırdı. Hazırda heç də bütün istifadəçilər platformadan açıq danışıqların keçirilməsi üçün istifadə edə bilmirlər.

Clubhouse istifadəçilərin qeyd və daha çox yayılma imkanı olmadan səsli mesajlarla ünsiyyət qurduğu sosial şəbəkədir. Tətbiqə qoşulmaq üçün artıq qeydiyyatdan keçmiş bir istifadəçidən dəvət almaq lazımdır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -