spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныXiaomi, smartfonlarına Google xidmətlərinin quraşdırılmasını qadağan etdi

Xiaomi, smartfonlarına Google xidmətlərinin quraşdırılmasını qadağan etdi

Xiaomi bir sıra smartfonlarda Google xidmətlərinin quraşdırılmasını qadağan etdi. Bu barədə GizmoChina məlumat verir.

Çin korporasiyasının nümayəndələri jurnalistlərə Google tətbiqetmələrin smartfonlara quraşdırılmasının mümkün olmadığını təsdiqlədilər. “Bu, təəccüblü deyil, çünki Çində əksər cihaz Google şirkətinin xidmətlərini (GMS) dəstəkləmir, çünki şirkətin xidmətləri ölkədə qadağandır” deyə nəşr müəllifləri qeyd etdilər.

Şirkət Google xidmətlərinin quraşdırıla bilmədiyi cihazların siyahısını açıqlamayıb. Bununla birlikdə, bəzi istifadəçilər bu cür modellərə ən azı Redmi K30 Ultra və Redmi 10X 5G daxil olduğunu bildirdi. Məhdudiyyətlər Çinə satılan cihazlara aiddir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -