Xiaomi-nin çoxdan gözlənilən qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb. Belə ki, cihaz Çində artıq sertifikatlaşdırmadan keçib və insayderlərin məlumatlarına əsasən yaxın zamanda təqdim olunacaq. Bir neçə müddət bundan öncə Çinin TENAA adlı telekommunikasiya agentliyində Xiaomi-nin M2011J18C model nömrəli bilinməyən Android smartfonu sertifikatlaşdırmadan keçmişdi. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder təsdiqləyib ki, bu, şirkətin ilk qatlana bilən smartfonudur.
İnsayderlər, cihazın görünüşünün Samsung Galaxy Z Fold 2-yə çox bənzəyəcəyini deyirlər. Cihazın ekran ölçüsünün 8.03 düym (xarici ekran — 6.38 düym) olması gözlənilir. Həm də yeni Xiaomi cihazı tarixdəki ən ucuz qatlana bilən smartfon olmalıdır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az