Yeni Meizu flaqmanlarının elanından bir neçə gün əvvəl, cihazların yeni xüsusiyyətləri açıqlandı.
Məlumata görə, Meizu 18 6,2 düymlük Full HD+ ekran, Meizu 18 Pro isə eyni diaqonallı WQHD matris alacaq. İstehsalçı, hər iki cihazın da incə və yüngül olacağını, bunun da smartfonların əsas xüsusiyyətlərindən biri olacağını qeyd etdi.
Daha bir məlumata görə, cihazın əsas versiyası Snapdragon 870 prosessoru və 36 vatt sürətli şarj texnologiyasını dəstəkləyən 4000 mAh batareya alacaq. Meizu 18 Pro flaqman modeli Snapdragon 888 çipi, 4500 mAh batareya və ToF modulu ilə birlikdə 48, 48 və 8 MP sensorlara sahib bir kameraya sahibdir. Meizu 18 və 18 Pro-nun təqdimatı 3 Mart 2021-ci il tarixində baş tutacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az