Instagram sosial şəbəkəsi silinmiş yazıları bərpa etmək funksiyasını əlavə edib.
Məlumata görə, bu barədə sosial şəbəkənin mətbuat xidməti öz bloqunda məlumat verib.
Qeyd olunub ki, bundan sonra Stories-lər 24 saat ərzində bərpa oluna biləcək, digər qeydlər 30 günə qədər yaddaşda saxlanılacaq.
Bundan başqa sosial şəbəkə, hakerlərin hesabları sındırmağı və yazıları silməsini qeyri-mümkün etmək üçün əlavə tədbirlər də həyata keçirib. Müəyyən qeydləri tamamilə silmək üçün xidmət artıq əlavə yoxlama tələb edəcək.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az