spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныDimensions 1100 prosessorlu Vivo S9-un təqdimat tarixi acıqlandı

Dimensions 1100 prosessorlu Vivo S9-un təqdimat tarixi acıqlandı

Yeni MediaTek prosessorlarının təqdimatından sonra 6nm Dimensions 1100 çipinə əsaslanan ilk smartfon modellərindən biri məlum oldu. Şəbəkə məlumatvericilərinə görə, yeni vivo S9 təkcə mobil platforma modeli deyil, ikili selfie kamerasının inkişaf etmiş imkanları ilə də diqqət çəkəcək.

Google Play Console-a görə, gadget 480 ppi 6,4 düymlük 2400×1080 piksel ekran və 44 meqapiksellik əsas sensora sahib ön kamera əldə edəcəkdir. Smartfonun ən azı 8 GB RAM və təxminən 4000 mAh batareya alacağı gözlənilir.

Şayiələrə görə, Android 11 və FuntouchOS ilə işləyən yeni məhsulların təqdimatı 6 Mart 2021-ci il tarixində baş tutacaq. Rəsmi olaraq, markanın nümayəndələri bu məlumatı hələ təsdiqləməyiblər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -