spot_img
23 ноября, 2024
ДомойТехнологииГаджетыXiaomi Mi Band 6-nın əsas xüsusiyyətləri açıqlandı

Xiaomi Mi Band 6-nın əsas xüsusiyyətləri açıqlandı

Xiaomi Mi Band seriyasını yeniləməyə hazırlaşır.  Zepp-dəki məlumatlar sayəsində Mi Band 6-nın bir sıra yeni xüsusiyyətləri məlum oldu.

Mənbəyə görə, Pangu kod adı verilən Mi Band, XMSH15HM və XMSH16HM model nömrələri ilə iki versiyada təqdim ediləcək. Mi Band 6-nın əsas xüsusiyyətləri arasında mövcud modellə müqayisədə böyüdülmüş ekran, səsli köməkçi Alexa üçün dəstək və yenilənmiş bir interfeys var.

Cihaz GPS dəstəyi, nəbz oksimetri və Pomodoro (istifadəçiyə işdə fasilə verməyi xatırladan ağıllı bir zamanlayıcı) tətbiqi ilə təchiz edilmişdir.

Digər yeniliklər arasında stres izləmə funksiyası və 30 məşq rejimi var.

Şayiələrə görə, Xiaomi Mi Band 6 bu ilin yazında təqdim ediləcək. Gələcək yeniliyin qiyməti hələ açıqlanmayıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -